Manpower

Əli Əhmədov artıq 55 ildir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında teatr ustası və başmaqçı vəzifəsində çalışır. Ola bilsin ki o, yeganə insandır ki başmaqçı olmaqla yanaşı Əməkdar Mədəniyyət İşçisi fəxri adına da layiq  görülmüşdür. Təəssüf ki, indiyə qədər bu işgüzar və istedadlı adam haqqında qəzet və jurnallarda lazımı qədər yazılmamışdır. Ona görə də biz Əli ustanın fəaliyyəti haqqında bir materialı dərc etməyi lazım bilirik. Buyurun, oxuyun.   

4 February | Vika

IMG_2405

Mən Şəkiliyəm. Keçən əsrin 40-cı illərində Şəkidə bir otelye var idi. Məktəbi bitirəndən sonra məni ora işləməyə göndərdilər. Bu peşəni elə orada öyrənməyə başladım.

IMG_2389

Böyük vətən müharibəsi başlayandan sonra ailəmizin vəziyyəti daha da çətinləşdi. Bizim ailəmiz çətinliklə dolanırdı. Anamız bizi corab toxumaqla saxlayırdı. Toxuduğu corabları gizli olaraq orduya göndərirdik.

IMG_2379

Mən atamı görməmişəm, çünki atam repressiya olunmuşdu. Bu səbəbə görə mən ali tehsil ala bilməmişəm.

IMG_2487

Illər keçdi, mən bu sənətdə daha da püxtələşdim. Biz ailəliklə Bakı şəhərinə köçdük. 1959-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra, məni Bakı Filarmoniyasına işləməyə dəvət etdilər. Mən indiyə kimi orada teatr ustası və başmağçı vəzifəsində çalışıram.

IMG_2490

Sovet dövründə də mənim müsbət işlərim olub – mənə Əməkdar Mədəniyyət İşçisi fəxri adını veriblər.

IMG_2402

Işlədiyim illərdə mənə aydın olub ki, bu sənət qədim Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Milli başmağımızın 11 növü vardır. Onların hərəsi bir məqsəd daşıyır .Bayram və yas mərasimləri üçün tikilən başmaqlar fərqli olur.

IMG_2493

Dilimizdə belə bir məsəl var „Başmaq seyrinə çıxmaq“ . Yəni yaxın məsafələrdə gəzmək, ətrafı seyr etmək.

IMG_2385

Narahatam ki, bu sənəti ailəmdə davam etdirən yoxdur. Iki oğlum var, heç biri sənətimi davam etdirmək istəmir, çünki həvəsləri yoxdur. Bunun üçün həvəs olmalıdır. Mən isə bu işin həvəskarıyam.

IMG_2431

El arasında bu sənətdə işləyənlərə ümumi şəkildə sapojnik deyirlər, lakin bizim dilimizdə bu sözün bir neçə adı vardır: başmağçı, çəkməkçi , çağırçı və sairə.

IMG_2443

Bu sənət məni Azərbaycan ədəbiyyatına həmişəlik bağlamışdır. Mən bütün Azərbaycan klassiklərinin əsərlərini dönə-dönə oxumuşam. Hətta oğullarımdan birinin adını Nizami, digərinin adını isə Xəqani qoymuşam.

IMG_2430

Səməd Vurğunun 70 illiyi yubileyi müsabiqəsində „Qız qayası“ poemasını əzbər demişəm. Buna görə mənə 1 dərəcəli mukafat verilmişdir. Həmin poemanı indi də əzbər deyə bilərəm.

IMG_2498

Mən hesab edirəm ki, hər bir azərbaycanlı öz dilində sərbəst şəkildə danışa bilsin. Nitqi rəvan və gözəl olsun. Bununla yanaşı hər bir vətəndaşımız mümkün qədər başqa dilləri də öyrənsə çox yaxşı olar. Lakin əsl mədəniyyət odur ki, milli dilimizdə danışarkən qarışıq ifadələrə yol verilməsin. Dahi Nizami demişdir “İstərəm bir yaxşı oxuyub yazan, zövq alsın fikrimi dərinnən duyan“. Elə də olmalıdır.

IMG_2491

Bəlkə inanmarsız, amma mənim yeganə arzum müstəqil Azərbaycanın əbədiliyi və torpağlarımızın düşmən tapdağından azad olmasıdır.

IMG_2496

  • #vika
  • #manpower
Bakıda Aşura günü
Bakıda Aşura günü

Fotoreportaj.

4 November
Plana düşən mənzərələr
Plana düşən mənzərələr

“Sovetski”den fotoreportaj.

9 March
Manpower
Manpower

Əli Əhmədov, başmağçı.

4 February
Heykəlin bir saatlıq taleyi
Heykəlin bir saatlıq taleyi

Başı adamlarla dolu heykəl haqqında.

9 December
Köhnəlmə
Köhnəlmə

Atılmış Baki Kondisioner Zavodundan fotolar.

11 November